27-09-2012 [04:24]
Azərbaycan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə yanaşı, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin də adını qalmaqallı məsələlərdə hallandırmasına jurnalist maraqlı cavab verib.
Mia.az Asif Mərzilinin cavabını olduğu kimi dərc edir:
- Həmin videodan neçə gün əvvəl xəbər tutmuşam və baxdım. Bəli, E.Abdullayevlə onun ABU-dakı kabinetində görüşmüşəm. Həyatımda ilk dəfə olan bu görüşün maraqlı tarixi var. Baxmayaraq ki, E.Abdullayev hələ 2008-ci ildə bizdən Yasamal rayon Məhkəməsinə şikayət verəndə xüsusi ittiham qaydasında şikayətində yazmışdı ki, guya mən ABŞ vətəndaşı Rza bəylə və daha kimlərləsə onunla dəfələrlə görüşmüşəm və qardaşı M.Abdullayevin tapılması üçün sövdələşmələr aparmışam və s. Böyük həyasızlıq və böhtan, həm də şantaj!!
Qayıdıram məlum videokadrlara. 2009-cu ilin aprelin 7-də qəzetdə qardaşının itkin düşməsi ilə bağlı dərc edilmiş bir yazıya görə (Yasamal rayon Məhkəməsində) 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmağım haqqında hökm çıxartdıran E.Abdullayev sakitləşmək bilmirdi. Bilirsiniz ki, mən 2 gün sonra məhkəmə qərarı ilə azad edildim və ABU-da bununla da yoxlamalara start verildi. Çünki korrupsiya əməlləri və saxta diplom ?istehsalı? ilə məşğul olması bütün aləmə bəlli olan bu adam məni söz və yazıya görə həbs etdirdi. Guya biz saxta diplomlar haqqında və qardaşının itməsi barədə yazıda ona böhtan atmışıq. Prezidentin reaksiyasından və məhkəmə qərarından sonra azad edilməyimlə barışmayan E.Abdullayev mənə qarşı başqa saxtakarlıqlara əl atdı? O, BDU-da müəllim işlədiyindən bu saxtakarlıq birbaşa müəllim fəaliyyəti ilə bağlı idi. Mən BDU rektoruna şikayət verdim və çox problemlər yaşansa da, nəhayət, komissiya yaradıldı, şikayət etdiyim xüsusatlar üzrə yoxlama aparıldı. Bununla da E.Abdullayev ifşa olundu? Sonra bu məsələ BDU rektorunun kabinetində müzakirəyə çıxarıldı. Abel Məhərrəmov hər şeyə təmkinlə yanaşırdı və istəmirdi ki, hardasa BDU-nun adı hallansın. Odur ki, bu müzakirələrdə iştirak edən bütün prorektorların və hüquq fakültəsinin dekan və kafedra müdirlərinin iştirakı ilə E.Abdullayevə nə lazım idi dedi? Sonra mən kabinetinə dəvət olundum. Bu zaman E.Abdullayev kabineti pərt halda tərk etdi. Abel müəllim bəzi söhbətlərdən sonra mənə üz tutaraq ¸Onunla münaqişəyə getmə, indiyədək olan-olub, keçib? Münasibətlərinizi təzədən qaydaya qoysanız yaxşıdır?? dedi. Mən iclasdakı bütün məsul şəxslərin yanında dedim ki, Abel müəllim, bu adam məni bir il müddətinə həbs etdirdi, özü də heç nədən? Mənim taleyimlə oynadı, hikkəsini belə yeridirdi. Mən onu necə bağışlayım? A.Məhərrəmov bu sözlərdən sonra bir daha mənim onunla münaqişəyə getməməyimi məsləhət gördü. Soruşdum ki, yaxşı mən nə edim? Mənim onunla heç bir işim, iddiam yoxdur, amma o sakit dayanmır? bu sözlərdən sonra A.Məhərrəmov prorektor Vüsət Əfəndiyevə, hüquq fakültəsinin dekan müavini Məhəmməd İmanlıya və professor, E.Abdullayevlə daha sıx münasibətdə olan, ABU-da işləyən Əyyub Əzizova üzünü tutdu və dedi ki, bir yerdə onları görüşdürün, çay içib söhbət edin, umu-küsü kəsilsin? Uzun müzakirələrdən və A.Məhərrəmovun ağsaqqalcasına məsləhətinə diqqət kəsilib razılaşdım. Biz-Ə.Əzizov, M.İmanlı və mən E.Abdullayevlə ¸Gənclik?də görüşməli olduq? Lakin Dərnəgül yolu istiqamətində gedəndə gördüm ki, onların avtomobili parkı keçərək irəliyə gedir. Siqnal verərək onları dayandırdım. Maşından düşdük və M.İmanlıya dedim ki, hara gedirsiniz? Bildirdi ki, E.Abdullayev hardadırsa, bura gələ bilməyəcək və ABU-da görüşəcəyik. Mən razı olmadım. Bildirdim ki, əvvəla, onun kabinetində gizli kameralar olması barədə məlumatım var? İkincisi də biz niyə onun ayağına getməliyik? M.İmanlı çox təkid etdi və A.Məhərrəmovun tapşırığına uyğun hərəkət etdiyini, cəmi 5 dəqiqəlik görüşün olacağını söylədi? Biz ABU-ya getdik. Çay süzülmüşdü və az keçmiş E.Abdullayev gəldi? Söhbətimiz başladı. O, yenidən eyni ittihamları səsləndirməyə başlayanda ki, ¸Sən mənim qardaşımın yerini bilirsən, lazımsa sənə pul verim onun yerini mənə de, heç kim bilməyəcək?? və s. Bu sözləri eşidəndə mən ayağa durdum və ¸Məhəmməd müəllim, sizə demirdim ki, bu adam yalan-palan sözləri danışır, şantajla məşğul olur? Mən belə söhbətdə iştirak edə bilmərəm?? deyib kabineti tərk etdim? Məhəmməd İmanlı məni birinci mərtəbədən qaytardı, yalvardı ki, getsən, deyəcək ki, görürsünüz, o sülh istəmir və s. Yenidən kabinetə qayıtdım. Hakimiyyətin və hüquq mühafizə orqanlarının əleyhinə danışaraq gah qardaşından, gah da ?qara qarğanın ayağındakı üzükdən? danışaraq səviyyəsiz söhbətlər aparmağa başladı. Nə qədər çalışırdı ki, mən onun pul təklifi söhbətinə hə deyim və sonra bundan məlum məqsəd üçün istifadə etsin. Mən isə ona cavabımda deyirdim ki, o pulu yaxşı olar ki, qəbul otağında növbəyə düzülmüş aldadılmış valideynlərə verin, sakitlik yaransın? və indi yootube.com-da həmin 1 saatlıq görüşün 15 dəqiqəsini yerləşdirib. Özünün ifşa olunduğu yerləri tamamilə kəsib, yalnız bəzi neytral söhbətlər olan yeri saxlayıb. Yenə də hər üçümüzün-Məhəmməd İmanlının, Əyyub Əzizovun və mənim etibarımızdan sui-istifadə edərək çəkilmiş bu gizli çəkiliş kadrları onun tamamilə əleyhinədi. Bu isə onun nə qədər dayaz düşüncə sahibi olduğunu bir daha göstərir".