ALP müsavatçı gəncin müdafiəsinə qalxdı

img

27-09-2012 [04:17]


Azərbaycan Liberal Partiyası (ALP) gənc siyasi fəal, Müsavat üzvü Nigar Yaqublu barədə həbs qəti-imkan tədbirinin seçilməsindən narahatdır. Bu barədə ALP-nin mətbuat xidmətindən MIA-ya daxil olan məlumatda bildirilir ki, onun ölümlə nəticələnən yol hərəkəti hadisəsi törətdiyinə görə qəti-imkan tədbirinə məruz qoyulması göstərir ki, hakimiyyət onun və atası Tofiq Yaqublunun siyasi fəaliyyətinə görə Nigar Yaqubluya qarşı repressiv mövqe tutub. ALP hesab edir ki, bu, siyasi sifarişdir. Ona görə də Nigar Yaqublu barədə həbs qəti-imkan tədbiri seçilməsini qətiyyətlə pisləyir və onun dərhal azad olunmasını iqtidardan tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA