Şeyx yəhudilərə sərt irad bildirdi

img

26-09-2012 [03:01]


52;nlərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın rezidensiyasında yeni səfir təyin olunması ilə əlaqədar rəsmi tədbir keçirilib. Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, rus-pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri dini icmasının sədri Milix İlxanoviç Yevdayev və Avropa Yəhudiləri dini icmasının sədri Zelmanoviç Gennadiy Konstantinoviç də iştirak ediblər. Görüşdə iştirak edən və adının çəkilməsini istəməyən şəxslərdən biri qəzetimizə maraqlı məlumatlar verib. O bildirib ki, dini icma rəhbərləri arasında baş tutmuş söhbət zamanı bir sıra müşim məsələlərlə yanaşı, ABŞ-da çəkilmiş və müsəlman dünyasının hiddətinə səbəb olmuş qalmaqallı ?Müsəlmanların günahsızlığı? filmi də müzakirə obyekti olub. Hətta, bu filmin müzakirəsi çox gərgin atmosferdə keçib. Bu məsələ ilə bağlı narahatçılığını dilə gətirən Allahşükür Paşazadə bildirib ki, həmin film dini zəmində qarşıdırma yaratmaq istəyən qüvvələr tərəfindən çəkilib. Daha sonra şeyx, yəhudi dini icma rəhbərlərinə ?Müsəlmanların günahsızlığı? filminin çəkilişlərinə sərf olunmuş 5 milyon dolların 100 nəfər yəhudi tərəfindən ödənilməsi faktının xoşagəlməz hal olduğunu sərt şəkildə irad tutub. Qafqazın dini lideri həmin filmin dünyada, həmçinin, Azərbaycanda dini vəziyyətin gərginləşməsinə səbəb olduğunu qeyd edərək yəhudi icma rəhbərlərini belə həssas məsələlərdə diqqətli olmağa çağırıb. Xatırladaq ki, sözügedən film dünya müsəlmanlarını hiddətləndirib və çoxsaly iğtişaşlara səbəb olub. Həmin filmdə müsəlman dünyası təhqir olunub. Bəzi xristian ölkələri həmin filmin nümayişini qadağan etsə də, film artıq müsəlmanları ayağa qaldırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA