Hesablama Palatası icra bazçılarını yoxlayacaq

img

26-09-2012 [01:46]


Hesablama Palatası bir sıra rayonların icra strukturlarında yoxlamalara başlayıb. Hesablama Palatasından verilən məlumata görə, Şabran, Siyəzən rayonlarının yerli İcra Hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə, dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Dövlət Aqrar Universiteti üçün tədris korpuslarının təmiri və avadanlıqlarla təchiz edilməsinə ayrılan vəsaitlərin istifadəsinə dair maliyyə yoxlamaları aparılıb. Bundan başqa, dövlət əsaslı qoyuluşundan Ağstafa rayon İcra Hakimiyyətinə Poylu-Xətai-Yenigün-Aşağı Göyşəli atomobil yolunun tikintisinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət əsaslı vəsait qoyuluşundan Bərdə rayon İcra Hakimiyyətinə Alpout - Mustafaağalı - Qaratəpə - Nazırlı avtomobil yolunun tikintisinə və Bərdə şəhər 6 nömrəli Uşaq bağçasının əsaslı təmirinə ayrılan vəsaitlərin istifadəsinə, habelə Naxçıvan Muxtar Respublikası büdcəsinin ?Ümumi dövlət xidmətləri? bölməsinin ?Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması? köməkçi bölməsinin ?Mərkəzi icra hakimiyyəti orqanları? paraqrafı üzrə Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə dair audit yoxlamaları aparılıb. Dövlət büdcəsinin Lənkəran şəhəri üzrə yerli xərclərindən maliyyələşən Lənkəran şəhər İcra Hakimiyyəti aparatına, şəhər Təhsil şöbəsinə və şəhər Mədəniyyət və turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin Zərdab rayonu üzrə yerli xərclərindən Təhsil şöbəsinə və rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Cəlilabad rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin ?Mənzil və kommunal təsərrüfatı? bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə aid maliyyə yoxlamaları aparılıb. Maliyyə yoxlamaları ilə bağlı nəticələr Hesablama Palatasında müzakirə olunacaq. modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA