Hökumət Ödəniz Portalı yaradılır

img

26-09-2012 [01:08]


Azərbaycan Mərkəzi Bankının layihəsi çərçivəsində Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) bazasında Hökumət Ödəniş Portalı (HÖP) yaradılır. ?Hökumət Ödəniş Portalının Yaradılması? layihəsi Azərbaycan Mərkəzi Bankının sifarişilə CMA Small System və SINAM şirkətləri tərəfindən həyata keçirilir. Hökumət Ödəniş Portalının yaradılmasının əsas məqsədi respublika iqtisadiyyatında nağdsız ödənişlər dövriyyəsinin genişləndirilməsi, büdcə ödənişləri prosesinin sadələşdirilməsi, həmçinin ?elektron hökumət?in yaradılması çərçivəsində reallaşdırılan layihələrin milli ödəniş sisteminin infrastrukturu ilə inteqrasiyasıdır. Sözügedən layihə çərçivəsində hazırkı KÖMİS sisteminin texniki platfromunun təkmilləşdirilməsi, həmçinin ölkədə həyata keçirilən ?elektron hökumət? konsepsiyası çərçivəsində yeni funksional imkanlarının yaradılması planlaşdırılır. KÖMİS sistemi 2008-ci ildən müvəffəqiyyətlə işləyir və hal-hazırda kommunal ödənişlərin (elektrik enerjisi, qaz, su), yol hərəkət qaydalarının pozulmasına görə cərimələrin, sosial sığorta ödənişlərinin, həmçinin vergi ödənişlərinin qəbulunu həyata keçirir. Mərkəzi Bankın klirinq sistemilə inteqrasiya sayəsində ödənişlər real zaman rejimində həyata keçirilir. Sözügedən sistem vasitəsilə ödənişlər bütün sistemə qoşulmuş bank və ?Azerpoçt? şöbələrində, həmçinin plastik bank kartları ilə bankomatlarda qəbul olunur. Bundan əlavə, Internetlə də, yəni apus.az saytı vasitəsilə də məsafədən ödəniş etmək imkanı mövcuddur. Sistem həmçinin o baxımdan da rahatdır ki, burada ödənişlərin arxivinə nəzər yetirmək və ödəniş qəbzlərini çap etmək olar. Burada həmçinin ödəniş qəbzlərinin vergi ödəyicisinin elektron ünvanına göndərilməsi funksiyası da mövcuddur. apus.az saytındakı məlumata əsasən bu günə kimi KÖMİS sisteminə 58 qurum qoşulmuşdur ki, onlardan da 46-sı maliyyə təşkilatlarıdır. Onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında sözügedən xidmətlər üzrə ödənişləri qəbul edir. Sistemə 4 milyondan çox abunəçi haqda məlumat yüklənmiş; qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 65 minə çatıb. Hər ay sistem vasitəsilə orta hesabla 42 milyon manat məbləğində 2 milyondan çox ödəniş həyata keçirilir. Statistikaya əsasən sistemin işə başladığı andan 53 milyondan çox ödəniş tranzaksiyası həyata keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA