Prezident Yaqub Eyyubovun oğluna yeni iz verdi

img

25-09-2012 [08:12]


Azərbaycan prezidenti İlham Əliyev Emin Yaqub oğlu Eyyubovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda, o, Azərbaycanın Belçika və Lüksemburqda səfir və Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb. Bununla belə, İ.Əliyev Fuad Eldar oğlu İsgəndərovun Azərbaycanın Niderlandda səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması barədə də də sərəncam imzalayıb. Fuad İsgəndərov digər sərəncamla Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı təyin olunub. Dövlət başçısı həmçinin Azərbaycanın Niderland Krallığında yeni fövqəladə və səlahiyyətli səfirinin təyin olunması haqqında sərəncam imzalayıb. Bu ölkədə səfir postuna Mirhəmzə Nazim oğlu Əfəndiyev təyin olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA