MTRŞ ANS-lə bağlı açıqlama yaydı

img

24-09-2012 [05:51]


Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda ?ANS Müstəqil Yayım və Media Şirkəti? tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-dən MİA-ya verilən məlumata görə, 21.09.2012-ci il tarixdə, saat 17:00-19:00 intervalında ANS televiziyasının efirində yayımlanan ?İkinci həyat? verilişində ?Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar?ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən ?ANS Müstəqil Yayım və Media Şirkəti?nə xəbərdarlıq elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA