ADP-də bahalazmanı müzakirəyə çıxardı

img

24-09-2012 [05:28]


Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. ADP-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Suriyada qanlı qırğınların davam etməsindən, bu ölkədə baş verən dramatik hadisələrin Yaxın və Orta Şərq regionunu təhdid altında saxlamasından ciddi narahat olduğunu bildirib və dünya ictimaiyyətini səngimək biləməyən Suriya olaylarının qarşısını almaq üçün bütün səylərini birləşdirməyə çağırıb. İdarə Heyəti üzvləri Rusiyanın Azərbaycanın sərhədləri hüdudunda Ermənistanla birgə hərbi təlimlərə başlaması, hərbi-siyasi yollarla Cənubi Qafqazda öz dayaqlarını möhkəmlətməsi faktlarından ciddi narahat olduğunu da bildirib və bu cəhdlərin onun Minsk qrupunun həmsədri olan dövlət kimi üzərinə götürdüyü sülh misssiyası ilə bir araya sığmadığını diqətə çatdırıb. İdarə Heyəti üzvləri Türkiyədə ?Balyoz? əməlliyatı adı altında çox sayda hərbçi və generalların həbs edilməsinin bu ölkədə ciddi rezonans yaratmasını diqqətə çəkərək aparılan məhkəmə prosesinin ədalətlə həyata keçirilməsinə əminliyini ifadə edib və atılan addımların qarşıdurmalara deyil, Türkiyə cəmiyyətinin demokratikləşdirilməsinə xidmət edəcəyinə ümid etdiyini bildirib. Toplantıda Türkiyə mətbuatında son terror hadisələrinin arxasında İsrail kəşfiyyatının durması, İsrail istehsalı olan dinləyici qurğuların Azərbaycan şirkətkləri vasitəsi ilə PKK militanlarına satılması ilə bağlı yayılan məlumatlardan narahat olduğunu da diqqətə çatdırıb. İdarə Heyəti üzvləri Rusiyada ?Azadlıq? radiosunun orta dalğada yayımlanmasının dayandırılmasına edilən cəhdləri qətiyyətlə pisləyib və bu faktın insan hüquq və azadlıqlarına, rus toplumunun alternativ informasiya almaq barədə özgür haqlarına zidd olduğunu bildirb və nüfuzlu beynəlxalq təşkilatları Rusiya hökumətini bu addımından çəkindirmək üçün səy göstərməyə çağırıb. İdarə Heyəti üzvləri Gürcüstanda hadisələrin gərginləşməsindən də narahat olduğunu bildirib. İdarə Heyəti üzvləri Belarusda keçirilən parlament seçkilərinin kütləvi şəkildə saxtalaşdırılması probleminə də toxunub. İdarə Heyəti üzvləri son vaxtlar ölkədə baş verən gizli bahalaşmalardan, metro nəqliyyatındakı problemlərdən, metroda istifadə olunan qatarların istismar müddətinin qurtarmasından, metroda texniki təhlükəsizliklərin gözlənilməməsindən, sərnişinlərin rahatlığını təmin edən texniki avadanlıqların olmamasından da bəhs olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA