Meriya məhkəməyə veriləcək; KiV-lər ayağa qalxır

img

23-09-2012 [05:00]


Sentyabrın 22-də bir sıra KİV və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun nümayəndələri çap KİV məhsulları satan köşklərin dördüncü monitorinqini keçiriblər. Monitorinq cüzi yaxşılaşma aşkar edib: bəzi köşklərdə müstəqil və müxalifət qəzetlərinin satışı, əvvəllər qəzet satılmayan köşklərdə qəzet satışı. Lakin əvvəlkitək qəzetlər köşklərə məhdud sayda verilir, xüsusilə müstəqil və müxalifət qəzetləri - ?Azadlıq?, ?Müsavat? və ?Zerkalo? qəzetləri hər köşkə 2-5 nüsxə verilir. Köşklərin əksəriyyətində səhər saat 10.00-a kimi bu qəzetlər qurtarır. Satıcılarla qəzet tədarükçüləri arasında münasibətlər bazar münasibətləri üzərində qurulur. ?Bizə istədiyimiz qədər qəzet verilmir, çox az nüsxə verilir?, - Əli adlı satıcı bildirib. Qəzet göndərən firmanın adı hələ də açıqlanmamış qalır. Monitorinq qrupu yalnız onu öyrənə bilib ki, qəzetləri Vüqar adlı şəxs göndərir, köşk sahibləri arasında Nazim Ordubadskinin adı çəkilir. Ticarət və Xidmət Departamenti ?Turan? agentliyinin direktoru Mehman Əliyevin adına göndərdiyi məktubda təsdiqləyib ki, köşklərə qəzetlərin göndərilməni yeni firma həyata keçirir. Məktubda qeyd olunur ki, guya ?Qasid? firması avqustun 27-də qəzetlərin köşklərə göndərilməsinin dayandırılması barəsə meriyaya yazılı xəbərdarlıq edib. Bu, az inandırıcıdır. Çünki əvvəllər ?Qasid? şikayət edirdi ki, H.Abutalıbov tərəfindən firmanın fəaliyyətinin məhdudlaşdırılmasına məcbir edilir. Məktubdan bəlli olur ki, yeni firma qəzet satışı üzrə eksklüziv səlahiyyət alıb. Lakin bu hüquq tender keçirilmədən verildiyindən qanunsuz sayılır. Məktubda yeni firmanın adı açıqlanmır. Meriyanın qaldırılan suallara cavab verməkdən imtina etməsi ilə əlaqədar ?Turan? agentliyi Media Hüququ İnstitutunun köməkliyi ilə məhkəmə iddia hazırlayır. Bu qərar digər əlaqədar KİV və jurnalist təşkilatları tərəfindən dəstəklənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA