Bu gündən Bakının bəzi küçə və prospektləri bağlanacaq (SiYAHI)

img

22-09-2012 [12:39]


Azərbaycanda keçiriləcək 17 yaşına qədər qadınlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar Bakıda bəzi küçə və prospektlər bağlanacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, sentyabrın 22-dən oktyabrın 13-dək Bakı şəhərində keçiriləcək 17 yaşına qədər qadınlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar yarışların keçiriləcəyi stadionların ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Nərimanov rayonu ərazisindəki Tofiq Bəhramov adına, Nizami rayonunda ?Şəfa? və ?8-ci kilometr? stadionları, Səbail rayonunda Bayıl, həmçinin Xəzər rayonunda ?Dalğa Arena? stadionlarının yerləşdiyi ərazi və ona bitişik küçə və yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bildirilib ki, Salyan şosesi, 20-ci sahə, Azneft meydanı, Neftçilər prospekti, Yusif Səfərov küçəsi, 10-cu zavod dairəsi, Heydər Əliyev prospekti, Hava Limanı şosesi, Buzovna şosesi və həmin marşrutla geriyə Koroğlu körpüsü ilə Qara Qarayev prospekti, Naxçıvanski küçəsi, həmçinin Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Mikayıl Müşfiq küçələri, Qurd Qapısı və İnşaatçılar, Hüseyn Cavid və N.Nərimanov prospektləri, Bakıxanov, Ceyhun Hacıbəyli, Dəmirçizadə küçələri, Qələbə meydanı və Xətai prospekti istiqamətlərinə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bundan əlavə, ?Four Seasons?, ?Kempinski Hotel Badamdar?, ?Hilton Baku?, ?JW Marriott Absheron?, ?Sheraton?, ?Park Hyatt? hotellərindən qeyd olunan stadionlar istiqamətinə gedən yollar üzrə avtomobillərin parklanmasına qadağa qoyulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA