Əvəz Temirxanın məhkəməsi təxirə düzdü

img

21-09-2012 [12:18]


Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın Vəkillər Kollegiyasına qarşı verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi təxirə düşüb. Bu barədə mia.az-a daxil olan xəbərdə bildirilir ki, partiya sədri Əvəz Temirxanın iddiasına görə o, rəsmi şəkildə vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün uğurla test imtahanı verib. Lakin Vəkillər Kollegiyası siyasi mövqeyinə görə onun növbəti mərhələni, yəni müsahibə mərhələsini uğurla keçməsinə imkan verməyib: ?Məhz buna görə də, Əvəz Temirxan Nəsimi Rayon Məhkəməsində Vəkillər Kollegiyasına qarşı ?Vəkillər Kollegiyası üzvlüyünə qəbuldan imtinanın qanunsuz sayılması? tələbi ilə iddia qaldırıb. Amma məhkəmə onu haqlı saymayıb. Əvəz Temirxan da bu qərardan apellyasiya şikayəti verib?. Məlumata görə, dünən Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun sədrliyə ilə Əvəz Temirxanın şikayəti üzrə nəzərdə tutulan prosesdə qərar çıxarılmayıb. Hakim iş üzrə prosesi oktyabrın 11-də davam etdirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA