Hüseynqulu Bağırov 8 nəfəri izdən çıxardı

img

20-09-2012 [10:58]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində mühafizə rejimini yoxlamaq məqsədilə vaxtaşırı reydlər keçirib. ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, bu ilin may-avqust aylarında həyata keçirilmiş mütəmadi reydlər zamanı bir neçə dəfə qoruğun yüksək dağlıq ərazisində tərkibində narkotik xassəli maddələr olan bitkilərin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi faktları aşkar edilib. Belə ki, qoruğun ərazisində keçirilmiş reydlər zamanı Gərəkli sahəsinin 03,04,05,06 saylı dolaylarında qanunsuz olaraq kol-kosdan təmizlənmiş sahələrdə tərkibində narkotik xassəli maddələr olan çətənə bitkisinin əkilib-becərilməsi, onlara aqrotexniki qulluq göstərilməsi müəyyən olunub. Bununla bağlı Balakən rayon Polis Şöbəsinə məlumat verilmiş, həmçinin hadisə yerində saxlanılmış təqsirkar şəxs Balakən rayon Gərəkli kənd sakini Cavid Dibirov rayon Polis Şöbəsinə təhvil verilib. Qeyd edək ki, aşkar olunmuş faktlarla bağlı xidməti vəzifələrini layiqincə icra etmədiklərinə görə qoruğun mühafizə üzrə direktor müavini, sahə müfəttişi və 6 nəfər mühafizə yegeri tutduqları vəzifədən azad olunub. Bu cür halların baş verməsinin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məlumat göndərilib. Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində Qoruğun əməkdaşları tərəfindən mütəmadi reydlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA