Milli QHT Forumu beynəlxalq fondla müqavilə imzaladı

img

19-09-2012 [02:20]


Məlumat verildiyi kimi, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Avropada (Çexiya, Monteneqro) səfərdə olmuşdur. 13 sentyabr 2012-ci ildə Monteneqronun Budva şəhərində Qara dəniz-Xəzər dənizi Əməkdaşlıq və Yoldaşlıq üzrə Beynəlxalq Fondun İdarə Heyətinin 9-cu illik toplantısı keçirildi. Toplantıda gündəlikdə olan 18 məsələ müzakirə edilmişdir. Gündəliyin 13-cü bəndində nəzərdə tutulduğu kimi bir neçə qeyri-hökumət təşkilatı (Monteneqronun Green Home təşkilatı, Azərbaycan Milli QHT Forumu, Azərbaycanın Qadın Sahibkarlar Assosiasiyası, Rumıniyanın VP holdinq şirkətləri, Anna Divaç Fondu) ilə memorandum imzalanmışdır. Beynəlxalq, regional, genişmiqyaslı fəaliyyət həyata keçirən Qara dəniz-Xəzər dənizi Əməkdaşlıq və Yoldaşlıq üzrə Beynəlxalq Fondla Azərbaycan Milli QHT Forumu arasında əməkdaşlıq memorandumu imzalanmışdır. İmzalanmış əməkdaşlıq memorandumu Qara dəniz və Xəzər dənizi ölkələrinin əlaqələrinin genişləndirilməsi, əməkdaşlığın gücləndirilməsi, müvafiq ölkələrin qht-ləri ilə vətəndaş cəmiyyətinin inkişafı istiqamətində layihələrin həyata keçirilməsi istiqamətində yeni imkanlar yaradır. Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni əməkdaşlıq memorandumunun imzalanması təşəbbüsünü dəstəklədiyinə görə Fondun prezidenti Viktor Xmarinə, Fondun baş katibi Eldar Həsənova və Fondun icraçı koordinatoru, iqtisadi və maliyyə əməkdaşlığı üzrə məsləhətçisi Marcela Curmeiyə öz minnətdarlığını bildirmiş və bundan sonra Fondla sıx əməkdaşlıq edəcəyini vurğulamışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA