AMEA-nın bir neçə dəfə məhkum olunmuz professoru ilə bağlı zok ittihamlar

img

18-09-2012 [04:02]


Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, İqtisad elmlər doktoru, Dövlət mükafatı laureatı, 8 guşəli qızıl ulduz medalına layiq görülən, ölkəmizdə iqtisadi kibernetikanın yaradıcısı və təşkilatçısı olan Bədirxan Musayev mia.az-a məktub göndərib. Professor yazır ki, ötən ilin oktyabr ayından etibarən, Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev tərəfindən qanunsuz təzyiq, təhdid halları ilə üzləşməsinə baxmayaraq, qanunun aliliyi və ədalətin bərpası uğrunda mübarizəsini sonadək davam etdirmək niyyətindən geri çəkilməyib: ?Tam əksinə, özümü mübarizə apardıqca daha gümrah və xoş hiss edirəm. Rektor Ş.Hacıyev isə həmişəki kimi arxa planda gizlənib, üzərimə səviyyəmə uyğun olmayan, elmə ?arxa qapıdan girən?ləri göndərir. Belələrindən biri də Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun professoru Ağadadaş Qafarovdur. Haşiyəyə çıxıb yazım ki, illər əvvəl mənə böhtan atdığı üçün onu məhkəməyə vermişdim. Bundan sonra cari mətbuatda çap etdirdiyi ?səmimi etiraf? başlıqlı məqalə ilə məndən üzr istəyən Ağadadaş Qafarovu indi Ş.Hacıyev pulla satın alaraq mətbuat səhifələrində məni təhqir etdirir. Hansı ki, vaxtı ilə elə Ş.Hacıyev onu xidməti otağında döydürüb, kəllə travması ilə xəstəxanaya saldırıb. Daha sonra o, Hacıyevi otağında döyməyə cəhd elədi. Görün, nə vəziyyət yaranıb ki, dələduz əməllərinə görə bir neçə dəfə universitetdən qovulmuş, barəsində çoxsaylı cinayət işləri olmuş Qafarov şəxsiyyətini zamanında alçaltmış Ş.Hacıyevin indi oyuncağına çevrilib. Şübhə etmirəm ki, mənə qarşı çıxış etdiyi məqalələr savadsız Ağadadaşın deyil, onu maddi və ?mənəvi? cəhətdən təmin edən milyarder rektor Ş.Hacıyevin təxəyyülünün məhsuludur. Pulun gücünə baxın ki, Ş. Hacıyevi otağında döyən, küçə söyüşləri ilə söyən, universitetin dəhlizində kollektivi ayağa qaldıran və elə həmin hadisə zamanı hamının yanında məndən qışqıraraq üzr istəyən Ağadadaş Qafarovu indi mənim əleyhimə qaldıra biliblər. Hansı ki, Şəmsəddinlə mübarizəmin ilk aylarında şəxsən mənə dəfələrlə zəng edərək məhkəmələrə mənim xeyrimə şahidlik edəcəyini deyirdi. Əcaba, cəmi 2-3 aydan sonra nə baş verdi ki, bu adam söyüşlə yad etdiyi Ş.Hacıyevin qızğın tərəfdarına çevrildi? [b]Hörmətli redaksiya![/b] Qafarov Ağadadaşın 10-17 dekabr 2004-cü ildə ?Qulp? qəzetində nəşr etdirdiyi ?səmimi etiraf? məqaləsində mənim haqqımda yazdıqlarından bəzi parçalarını diqqətinizə çatdırmaq istəyirəm: [i]?...onunla işlədiyim müddət ərzində onun bir sifətliliyi, bir mövqeliliyi ...cəsarətli çıxışları, arxasızlara arxa durmağı, haqsızlıqla barışmamazlığı və ümumiyyətlə, əsl professora, əsl ziyalıya xas olan bütün müsbət keyfiyyətlər B. Musayevdə cəmlənmişdir?. Daha sonra ?mən onun intelektuallığına, ziyalılığına, alicənablığına inanaraq, ondan xahiş edirəm ki, hörmətli professor məni bağışlasın, günahımdan keçsin?[/i]. [b]Həmin vaxtı görünür, mən onu yaxşı tanımamışam, çörəyi dizinin üstündə olduğunu bilsəydim ?üzün qara olsun? deyərdim. Hörmətli oxucular! Sizi A.Qafarovun bəzi əməlləri ilə tanış etmək istəyirəm. Sadalanan faktlar rəsmidir:[/b] [b]1.[/b] Dələduzluğuna və vəzifə funksiyasını yerinə yetirmədiyinə görə Ağadadaş Qafarov 22.04.1998-ci ildə (əmr 30/3) dekan müavini vəzifəsindən azad edilmişdir. [b]2.[/b] Ağadadaş Qafarov elmi pedaqoji fəaliyyəti lazımi səviyyədə olmadığından, öz əmək funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası ƏM ?nin 38. maddəsinin 4-cü bəndinə əsasən 19.10.1998-ci ildə (əmr 94/3) tutduğu vəzifədən azad edilmişdir. [b]3.[/b] Ağadadaş Qafarov bəd əməllərini və işdən qovulmasını gizlədərək Lənkəran Dövlət Universitetinə işə qəbul edilmiş, lakin qısa müddət ərzində dələduz hərəkətinə görə, oradan da qovulmuşdur. [b]4.[/b] ?İqtisadi Kibernetika? kafedrasında savadsızlığı və dələduzluğu sübuta yetirildikdən sonra 16 may 1998-ci ildə ?ASK-nin İqisadiyyatı və İdarəetmə? kafedrasına keçmək haqda yazdığı ərizə qəbul edilməmişdir. [b]5.[/b] ?Yurd yeri? qəzetində 3-10 oktyabr 1998-ci ildə nəşr olunan ?İqtisad İnstitutunda qalmaqal? mövzusunda Qafarov Ağadadaşın səviyyəsinin aşağı olması və savadsızlığı sübuta yetirilir. Belə ki, 37 cümlədən ibarət olan ərizəsində 35 orfoqrafik və işarə səhvi, 32 üslub səhvi olduğu göstərilir. [b]6.[/b] Cinayətlərdə iştirakına görə, 26.09.1998-ci ildə müxtəlif inzibati orqanların tələbi ilə A.Qafarova mənfi xasiyyətnamə verilmişdir. [b]7.[/b] 03.05.1997-ci il (protokol ?09) Qafarov Ağadadaşın açıq dərsləri kollektiv üzvləri tərəfindən qeyri-kafi qiymətləndirilmiş və institutdan xaric olunması tövsiyə olunmuşdur. [b]8.[/b] Qafarov Ağadadaşın mənfur obrazı 14 sentyabr 1998-ci il, 4 may 1998-ci il ?İqtisadçı? qəzetində, 3-10 oktyabr 1998-ci il ?Yurd yeri? qəzetində işıqlandırılmış və onun fəaliyyəti ali məktəb standartlarına uyğun olmadığı qeyd edilmişdir.[b] 9.[/b] Cinayət törətdiyinə görə 15 oktyabr 1997-ci ildə Səbail rayon Xalq Məhkəmə-sinin qərarı ilə 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. [b]10.[/b] Törədilmiş cinayət işini araşdırmaq üçün 24.09.1998-ci il ?104690 saylı məktuba əsasən Bakı şəhər prokurorluğunun istintaq qrupunun rəhbəri S.Ə.İsgəndərov tərəfindən A. Qafarovun şəxsi işi institutdan götürülmüşdür. [b]11.[/b] Qafarov Ağadadaş tərəfindən törədilmiş cinayət işi ilə əlaqədar 20 avqust 1998-ci il ?010-016-332/13 institutunun rektoru tərəfindən Bakı şəhər Yasamal rayon prokuroruna müraciət edilmişdir. [b]12.[/b] Qafarov Ağadadaş institutda oxumayan Quliyev Elxan Tahir oğluna hərbi xidmətə çağrılmamaq üçün 18 iyun 1996-cı ildə verilmiş saxta arayışla (231/21-23 27.01.1996) əlaqədar cinayət işinə cəlb edilmişdir. [b]13.[/b] Ağadadaş Qafarovun istintaqı ilə əlaqədar 28.11.2002-ci il Binəqədi RPİ-nin baş müstəntiqi, polis kapitanı N.C.Qəhrəmanovun göstərişinə əsasən, (01-019-982/13) Ağadadaş Qafarova xarakteristika (mənfi) verilmişdir. Ağadadaş Qafarovla əlaqədar Binəqədi rayon prokurorluğunun ittiham aktında göstərilir: ?Aparılan istintaq zamanı müəyyən olunmuşdur ki, Qafarov Ağadadaş Həsrət oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını, yəni vətəndaş Mirnağıyev Mirnağı Mirpaşa oğlundan birbaşa 1997-ci ilin aprel ayının axırlarında, Bakı şəhəri 9-cu mikrorayon, M.Cəlal küçəsi,121 saylı evin 80-ci mənzilində 2000 ABŞ dolları (8.036.000 manat alaraq oğlu Rəşadı ?Odlar Yurdu? universitetinə oxumağa düzəldəcəyini vəd edərək, pulu ələ keçirib zərər çəkmişə xeyli ziyan vurmaqla dələduzluq etmişdir. Sonra o təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakının yeni vətəndaş Abdullayeva Lalə Ağababa qızından 2001-ci ilin iyun ayının axırlarında Bakı şəhəri, Biləcəri qəsəbəsi A. Zeynallı küçəsi ev 60-da 1800 ABŞ dolları (8.407.800 man.) alaraq, qızı Vəfanı tarix fakültəsinə düzəldəcəyini vəd edərək, pulu ələ keçirib, zərərçəkmişə xeyli ziyan vurmaqla dələduzluq etmişdir? (İş vərəqə 1.4-46, 77-119). [b]14.[/b] Borc sahibləri Ağadadaş Qafarovu 3 otaqlı mənzilini satmağa məcbur edib borclarının bir hissəsini almağa nail olmuşlar, işə dəfələrlə döyülmüş halda gəlirdi. Gözünün altına dəymiş zədəni gizlətmək üçün müxtəlif eynəklərdən istifadə edirdi. [b]15.[/b] Qafarov Ağadadaş özünü professor kimi təqdim etməsinə baxmayaraq, o, nəinki professor, hətta dosent belə olmamışdır. Buna inanmaq üçün onun diplomlarını tələb edə bilərsiniz, iqtisad elmləri doktoru diplomunu isə SSRİ dağıldığı dövrdə müəmmalı şəkildə Sankt-Peterburq şəhərindən almışdır. [b]16.[/b] Ali Attestasiya Komissiyasının Rəyasət Heyəti 15 mart 1996-cı il tarixli iclasının qərarı ilə (protokol ?7) elmi səviyyəsinin aşağı olmasını əsas götürərək Ağadadaş Qafarova professor elmi adının verilməsindən imtina etmişdir. [b]17.[/b] Bakı ?Gənclik? 2002-ci ildə ?İqtisadi tərəqqiyə həsr olunmuş ömürlər? kitabı nəşr olunmuşdur. Həmin kitabda bütün iqtisad elmlər doktorları, professorlar haqqında məlumat verilir. Ağadadaş Qafarovun adı nə ölülərin, nə də dirilərin siyahısına salınmamışdır. Çünki elm nümayəndələr Ağadadaş Qafarov kimi iqtisad elmlər doktoru, professor tanımırlar. [b]18.[/b] Ş.Hacıyevə arxalanaraq, Azərbaycan Universitetində dələduzluq yolu ilə 15-ə yaxın şəxsi aldadaraq, onlardan külli miqdarda pul əldə etmişdir. Bununla əlaqədar 8 ay Bayıl həbsxanasında yatmışdır. Ş.Hacıyevin köməyi ilə 2 il şərti cəza ilə azadlığa buraxılmışdır. [b]19.[/b] 2 iyul 2010-cu ildə 10 min manat rüşvət bölgüsü üstündə Ş. Hacıyevlə Ağadadaş Qafarov arasında narazılıq yaranmışdır. Ş. Hacıyev onu kabinetində döydürərək, beyin travması ilə xəstəxanaya göndərmişdir. [b]20.[/b] Son 20 ildə 50-dən çox ali məktəbə müraciət etməsinə baxmayaraq, Ağadadaşı dələduzluğuna görə heç bir universitet işə götürməyibdir. [b]21.[/b] Ş. Hacıyev 10 min manat alıb, işə düzəldəcəyinə söz verməsinə baxmayaraq, 80-dan çox elmi şura üzvləri ona səs verməmişlər. [b]22.[/b] Ş. Hacıyev onu başqa özəl universitetlərə işə düzəldə bilmədiyinə görə Ağadadaş Qafarov Ş. Hacıyevi otağında döymüş və düşmənçilikdə ittiham etmişdir. Sonradan Hacıyev yenidən Ağadadaş Qafarovla barışaraq, onu Kibernetika kafedrasına müdir qoyacağına vəd etmişdir. İqtisadi Kibernetika və seçki komissiyalarının iclaslarında A. Qafarov sıfır səs almışdır. Atalar sözü vardır: ?Taylı tayını tapar?. Ş.Hacıyev də özünə dayaq kimi dələduz Ağadadaşı seçmişdir. Məni təəccübləndirən odur ki, AMEA-nın İqtisadiyyat İnstitutunda Ş.Hacıyevin xahişi ilə dələduz, savadsız, rüşvətxor və i.a. kimi tanınan Ağadadaş Qafarovu necə işə götürüblər, müdafiə şurası seminarına rəhbərliyi ona tapşırıblar??.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA