Havanın temperaturu yüksəlir

img

18-09-2012 [02:52]


ya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq. Sentyabrın 18-dən 20-dək Abşeron yarımadasında mülayim hava şəraitinin davam etməsi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA