Deputat iki komitə sədri ilə icra bazçısını məhkəməyə verdi

img

18-09-2012 [10:40]


Deputat Cavid Qurbanov Miqrasiya Xidmətinin rəisi, general-mayor Firudin Nəbiyevlə bərabər, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovu da məhkəməyə verib. Bu barədə mia.az-a daxil olan məlumata görə, Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? ASC icra başçısı Zakir Fərəcovun 10 dekabr 2009-cu il tarixli sərəncamının ləğv olunmasını tələb edir. Məsələ budur ki, həmin sərəncamla Abşeron ərazisində magistral yol kənarında ayrılmış torpaq sahəsinin müvafiq sənədlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin, bu komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi də imzalayıb: ?İndi Cavid Qurbanovun rəhbərlik etdiyi qurum həmin sərəncamın ləğv edilməsini tələb edir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi məhkəmədə qaldırılan iddia rədd olunub. ?Azəryolservis? bu qərardan apellyasiya şikayəti verib?. Məlumata görə, deputatın rəhbərlik etdiyi qurumun verdiyi şikayət üzrə dünən Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə nəzərdə tutulsa da, hakim həmin günü qərarını elan etməyib: ?Proses təxirə salınıb?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA