?18 yazı tamam olmuz zəxslər internat evində saxlanıla bilməz?

img

17-09-2012 [10:29]


Bir neçə gün öncə mətbuatda Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7 saylı internat evinin sakini Vitali Maslov adlı şəxsin həmin müəssisədən şikayəti yayılıb. Həmin şəxs şikayətində bildirib ki, 29 yaşı var. 5 yaşından Abşeron rayon Saray qəsəbəsində qüsurlu uşaqlar üçün 7 nömrəli Uşaq İnternat Evinə qoyulub. Bu günə kimi də orada yaşayıb. 2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), İnternat Evinin və bir sıra xeyriyyəçi şəxslərin köməyi ilə ana-atası olmayan bir qızla evlənib. Həmin müəssisə üçün yaş həddi tamam olsa da, gənc ailəyə internatda 1 otaq ayrılıb və burada yaşamaları üçün şərait yaradılıb. Ancaq internat evinə Qətibə Əsədova direktor təyin olunandan sonra Vitalinin oradan uzaqlaşdırılmasına qərar verilib. Bunun ardınca isə ƏƏSMN-nin Dövlət Sosial Təminat Xidmətindən həmin şəxsə yaş həddinin tamam olması səbəbiylə internatı tərk etməsi və Şamaxıdakı məlum internat evinə yerləşməsi barədə bildirişlər gəlib. Bununla yanaşı, ailə qurduğu qız da artıq Vitalini tərk edib. Məsələ ilə bağlı həmin internat evi ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, Vitalinin artıq 30 yaşı var: ?O bir qızla evlənib, sonradan onun xəstə olduğunu bilən qız ondan ayrılıb və başqasına ərə getmək istəyir. Bura 8 yaşdan 18 yaşa qədər olan kimsəsiz, əlil uşaqlar üçün nəzərdə tutulub. Ona görə də, onun Şamaxıdakı internat evinə köçürülməsi barədə sərəncam verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sərəncamı onun özünə verilib. Amma o Şamaxıya getmək istəmir. Saray qəsəbəsində zibillikdə işləyir. Ona deyirik ki, zibillikdə işləyirsən, sonra gəlirsən burdakı uşaqların yanına, xəstəlik salarsan. O yenə də bizi eşitmir. Ona axırıncı dəfə deyildi ki, bir gün vaxtın qalıb, Şamaxıya aparacaqlar. Amma qaçıb gizləndi. Deyir, getmirəm. Burda qalmaq istəyir. Deyir, mənə torpaq versinlər, ev tikib yaşayım. Bu isə bizim səlahiyyətimizdə olan məsələ deyil. Nazirlik sərəncam verib ki, o adam Şamaxıya aparılsın. Çünki bu internat evində yaşı 18-dən yuxarı olan uşaqların qalması düzgün deyil?. İnternat evindən onu da bildirdilər ki, elə məsələlər var ki, yaş fərqinə görə bu uşaqları bir yerdə saxlamaq olmaz: ?Dövlət hər bir vətəndaşına sahib çıxdığı kimi Vitaliyə də sahib çıxır. Amma o bundan imtina edir. Bizə qarşı dediyi ittihamların əsası yoxdur. Çünki yaşı 18-dən çox olduğu üçün 7 saylı internat evindən çıxarılıb başqa yerlərə göndərilən uşaq təkcə Vitali deyil. Yaşı 18-i keçmiş bütün uşaqları buradan çıxaracağıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA