Partlayan zavodun sahibi Fikrət Sadıxovdu; icra bazçısından "Azərkimya"nın sabiq rəhbəri haqda ilginc xəbər gəldi (Yenilənib)

img

17-09-2012 [06:48]


Bu gün Sumqayıt şəhəri ?Zavodlar? deyilən ərazidə güclü partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzindən verilən məlumata görə, partlayış Yuyucu tozlar Zavodu ilə Alüminium zavodu arasında baş verib. İlkin məlumata görə, partlayış ərazidəki mazut çənlərində baş verib. Hadisə nəticəsində yanğın ətrafa yayılıb və qara tüstü hadisə yerini və yaxınlıqdakı məhəlləni bürüyüb. Hələ ki, partlayışın hansı zavodda olması dəqiqləşdirilir. Hadisə yerinə bir neçə yanğınsöndürən və çoxlu sayda təcili tibbi yardım maşınları cəlb olunub. Məlumata görə, çox sayda yaralı var. FHN-nin Sumqayıt üzrə bütün regional rəhbərliyi hazırda hadisə yerindədir. Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Arif Yusifov Modern.az saytına açıqlamasında bildirib ki, hələ xəstəxanaya heç bir yaralı gətirilməyib. ?Ərazidə yanğın geniş olduğu üçün ora yaxınlaşmaq mümkün deyil. Xəstəxananın təcili yardım maşınları hadisə yerindədir?. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya bildirilib ki, baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb. Ölənlərin sayının artacağı istisna edilmir. Yanğın baş verən ərazidə olan şahidlərin verdiyi məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Bundan başqa əraziyə yanğınsöndürən helikopter cəlb edilib. *** Fövqəladə hallar nazirliyi və AR Baş Prokurorluğu Sumqayıtda baş vermiş partlayışla bağlı birgə məlumat yayıblar. Məlumatda bildirilir ki, sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində 6 ədəd yanacaq çənində yanğın baş vermiş və partlayış nəticəsində yanğın ətrafa yayılmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin və Sumqayıt şəhər prokurorluğunun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və helikopterləri gələrək yanğın hadisəsinin qarşısının alınması, hadisə nəticəsində xəsarət alan şəxslərə təcili tibbi yardım göstərilməsi və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib. Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla müəyyən olunub ki, cəmiyyətin ərazisində yerləşən yanacaq çənlərində aparılan qaynaq işləri zamanı yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarının pozulmasına yol verilib. Hadisə nəticəsində 2 nəfər ölüb, bir nəfər itkin düşüb, 2 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölən və xəsarət alanların şəxsiyyətləri dəqiqləşdirilir. Hazırda yanğının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. **** Fəlakətin (bəlkə də terrorun) baş verdiyi zavodun sahibi ilə bağlı maraqlı bilgilər ortaya çıxır. Məlum olduğu kimi, Sumqayıtın icra başçısı Eldar Əzizov jurnalistlərə söyləyib ki, zavodun sahibi Cümşüd adlı birisidir. Əməkdaşımız aydınlaşdırıb ki, bu şəxs Cümşüd Kərimovdur - vaxtilə Sintetik Kauçuk zavodunun (SK) direktoru olub. ?Azərkimya? dövlət şirkətinin sabiq rəhbəri Fikrət Sadıxovla yaxın əlaqələri və onun da yaxından dəstəyi ilə indiki zavodu su qiymətinə özəlləşdirib. Bunun qarşılığında Fikrət Sadıxovu da həmin zavoda payçı edib. Məsələnin ilginc tərəfi isə budur ki, zavodun faktiki sahibi olan Cümşüd Kərimov sənəd üzərində həmin müəssisənin müavini kimi gedir. #601;yi il#305;t

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA