Səfər Əbiyev Avropaya getdi

img

17-09-2012 [05:23]


Müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva Respublikasına rəsmi səfər edib. Nazirliyin mətbuat xidmətindən MIA-ya daxil olan xəbərə görə, Azərbaycanın müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib. Səfər Əbiyevlə Litvanın mili müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniştərkibli görüş keçirilib. Görüşlərdə ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi qərara alınıb və Litva ilə Azərbaycan müdafiə nazirlikləri arasında yenilənmiş hərbi əməkdaşlıq haqqında saziş imzalanıb. Görüşdə Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib. Azərbaycanın müdafiə nazirinin sabah Litvanın rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA