Əli Abbasovla Ziya Məmmədovun nazirlikləri məhkəmədə çəkizir

img

17-09-2012 [04:36]


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ?Aztelekom? İstehsalat Birliyi Nəqliyyat Nazirliyinin ?Azəryolservis? ASC-ni məhkəməyə verib. Bu barədə mia.az-a verilən məlumatda bildirilir ki, yol çəkilişləri və ya yenidən təmiri prosesində ?Azəryolservis? ASC ?Aztelekom?un sərəncamında olan yeraltı xətləri sıradan çıxarmaqla, rabitə müəssisəsinə iri məbləğdə zərər vurub: ?Lakin deputat Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? vurulmuş zərəri ödəməkdən və ya aradan qaldırmaqdan yayınıb. ?Aztelekom?un baş direktoru Məmməd Məhəmmədov da buna görə məhkəməyə üz tutmalı olub?. Məlumata görə, ?Aztelekom?un 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə qaldırdığı iddia təmin olunmayıb: ?Rabitə müəssisəsi birinci instansiya məhkəməsinin bu qərarını ədalətsiz saydığından apellyasiya şikayəti verib. Şikayətə sentyabrın 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA