"Binə"də zəhərlənənlərin sayı 148-ə çatıb

img

17-09-2012 [10:55]


Ötən gün Binə Ticarət Mərkəzində zəhərlənən şəxslərin artıq vəziyyətləri yaxşıdır. Kliniki Tibbi Mərkəzin (KTM) baş həkimi Tərlan Bəbirov ANS PRESS-ə verdiyi məlumata görə, ticarət mərkəzindən zəhərlənən və xəstəxanaya yerləşdirilən 148 nəfərin 147-si evə buraxılıb. 1 nəfər isə hələlik KTM-dədir. Həmin şəxs də bu gün evə buraxılacaq. Tərlan Bəbirovun sözlərinə görə, zəhərlənmə zamanı heç kəs ölməyib. Xəstəxanaya daxil olan şəxslərin hamısı tüstüdən zəhərləniblər. Xatırladaq ki, Bakının Qaradağ rayonunda yerləşən Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Zəhərlənmə elektrik enerjisinin kəsilməsi ilə bağlı ticarət mərkəzində quraşdırılmış generatorun texniki nasazlığı ucbatından baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA