Deputat general-mayora qarzı qarzı iddia qaldırıb

img

17-09-2012 [01:15]


Deputat Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? ASC general-mayor, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi Dövlət Miqrasiya Xidmətini məhkəməyə verib. Deputatın rəhbərlik etdiyi qurumun belə bir addım atmasının səbəbi isə ?Azəryolservis?də çalışan əcnəbilərlə bağlı Dövlət Miqrasiya Xidmətinin sərt qərarlar qəbul etməsidir. Bu barədə mia.az-ın ?Reytinq?ə istinadən məlumatına görə, ?Azəryolservis? rəhbərliyi hesab edir ki, əcnəbilərlə bağlı müvafiq qanunlara əməl etdiklərindən Miqrasiya Xidməti onların Azərbaycanda yaşayıb işləməsinə mane ola bilməz: ?Amma Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ?Azəryolservis?in iddialarını qəbul etmir. Firudin Nəbiyev Miqrasiya Xidmətinə rəis təyin olunduqdan sonra nəinki ?Azəryolservis?də, həmçinin bütün dövlət qurumlarında qeyri-rəsmi çalışan əcnəbilərin qeydiyyata düşmələri istiqamətində fəal işlədi. Bu isə ?Azəryolservis?in layihələrində ucuz qiymətə çalışan əcnəbi fəhlələri çətin vəziyyətdə qoydu. Cavid Qurbanov da tabeliyində çalışan həmin əcnəbi fəhlələrlə bağlı qəbul edilmiş inzibati qərarlardan tam narazıdır. Lakin onun mandatı general-mayoru fikrindən döndərə bilmədi. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli oldular?. Müsahibimizin sözlərinə görə, Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? ASC-nin Dövlət Miqrasiya Xidmətinə qarşı qaldırdığı iddiaya ilk olaraq Nəsimi Rayon Məhkəməsi baxıb: ?Amma sözügedən məhkəmə instansiyası deputatın rəhbərlik etdiyi qurumun iddiasını təmin etməyib. ?Azəryolservis? rəhbərliyi Nəsimi Rayon Məhkəməsinin narazılıq doğuran qərarından apellyasiya şikayəti veriblər. Hal-hazırda həmin şikayət Bakı Apellyasiya Məhkəməsində baxışa qəbul olunub?. ?Azəryolservis?in şikayətinin Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırıldığını deyən müsahibimizin sözlərinə görə, deputatla general-mayorun arasındakı çəkişməyə sentyabr 21-də baxılacaq. Sonda müsahibimiz onu da bildirib ki, son vaxtlar Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis?lə bağlı məhkəmələrdə işlərin sayı çoxalıb: ?Amma həmin məhkəmə işlərinin mütləq əksəriyyətində Cavid Qurbanovun rəhbərlik etdiyi ?Azəryolservis? cavabdeh qismində göstərilib. Yəni, bu ASC-dən şikayətçilərin sayı son illər xeyli çoxalıb?. Məsələ ilə bağlı tərəflərin münasibətini öyrənmək mümkün olmayıb. Amma onların da mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA