isa Qəmbərdən istefalara gecəyarısı reaksiya: ?Canları sağ olsun?

img

16-09-2012 [02:20]


Müsavat Partiyasının başqanı İsa Qəmbər bəzi müxalifət partiyalarının, o cümlədən, Müsavat Partiyasının Yeni Azərbaycan Partiyası ilə birgə bəyanat qəbul etməsinə münasibət bildirib. Mia.az Merkez.az-a istinadən xəbər verir ki, gün ərzində sükut nümayiş etdirən İsa Qəmbər münasibətini gecə saat 04.40-da Facebook səhifəsində açıqlayıb. Onun yazdığına görə, Avropa Parlamentinin Ramil Səfərovun əfvi ilə bağlı qətnaməsinə bəyanatla münasibət bildirmək təşəbbüsü YAP-a aiddir: ?Biz də layihəni istədik, aldıq, oxuduq, həm partiya rəhbərliyində, həm də müttəfiqlərimizlə məsləhətləşib bunu mümkün hesab etdik. Mətbuatda dərc olunan mətn layihədir, müzakirədə bizim də bəzi təkliflərimiz qəbul olunub, yəqin ki, son mətndə bəzi düzəlişlər ediləcək?. İsa Qəmbərin sözlərinə görə, belə görüşlər nadir hallarda olur. O, 2009-cu ildə müxalifət partiyalarının YAP-la birlikdə Dağlıq Qarabağ mövzusunda bəyanat qəbul etməsini də xatırladıb. Müsavat başqanı ötən gün partiyada baş verən istefalara da münasibət bildirib: ?Bizi tənqid edənlərə, hətta partiyadan gedənlərə dözümlü yanaşmaq lazımdır. Əgər bəzi dostlarımız bizimlə söhbətə ehtiyac duymadan son qərar veriblərsə, canları sağ olsun, onlarla da söhbət edərik?. İsa Qəmbər bəyan edib ki, partiyaların birgə bəyanat qəbul etməsi müsbət hadisədir: ?Məsələnin mahiyyətinə gəldikdə isə mən əminəm ki, bu qərarımız istər taktiki, istərsə də strateji baxımdan düzgün qərardır və qısa zamanda hamı buna əmin olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA