Səfər Əbiyev generalı polkovnikə müavin təyin etdi

img

16-09-2012 [01:07]


General-mayor Lənkəran Əliyev Müdafiə Nazirliyi Təhsil, Tədriz və Elmi Tədqiqatlar İdarəsində (keçmiş Hərbi Elm Mərkəzi) Hərbi Təhsil şöbəsinin rəis müavini təyin olunub. Bu barədə milaz.info portalına Müdafiə Nazirliyindəki mənbə xəbər verib. Bununla da L.Əliyevin vəzifəsi bir qədər də endirilib. Çünki yeni vəzifə polkovnik-leytenant ştat kateqoriyasına uyğundur. Yeni vəzifədə L.Əliyev polkovnik Elnur Məmmədovun müavini statusundadır. Xatırladaq ki, illər öncə, L.Əliyev Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində rəis vəzifəsində çalışanda Elnur Məmmədov onun tabeçiliyində çalışıb. O zaman L.Əliyevin ona etdiyi basqılar nəticəsində E.Məmmədov aclıq aksiyasına da əl atmışdı. İndi isə, göründüyü vəziyyət əksinədir. Qeyd edək ki, az öncəyə qədər L.Əliyev Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi vəzifəsində çalışırdı. Bu vəzifə polkovnik ştat kateqoriyasına uyğun idi. Lakin mənzil problemi ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbərliyi ilə problemi ortaya çıxandan sonra bu ilin əvvəlində L.Əliyev ölkə başçısına müraciət etdiyini, nazirliyin hazırkı rəhbərliyinin hərəkətlərinə qiymət verilməsini istəmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA