Təzyiqə məruz qalan fəal Heydər Əliyevçi Maliyyə Şöbəsi rəisinin otağında öldü

img

14-09-2012 [07:58]


Bu gün İmişlidə böyük səs-küy yaradan hadisə baş verib. YAP İmişli rayon təşkilatının idarə heyətinin sabiq üzvü, qatı Heydər Əliyevçi Nəcəf Abıyev rayon maliyyə şöbəsinin rəisi Rəhim Əliyevin xidməti otağında müəmmalı şəkildə dünyasını dəyişib. Bu barədə mia.az-a rayondan verilən xəbərə görə, fəal Əliyevçi olan Nəcəf Abıyevin son 1 ildə rayonda böyük haqsızlıqlarla üz-üzə qalıb. Onun Çaxırlı kəndində yerləşən evi 2010-cu ildə Kür daşqını ilə bağlı qəzalı vəziyyətə düşsə də, xeyli müddət nə evi təmir olunub, nə də yeni bir evlə təmin edilməyib. Buna görə kənd sakinlərinin ?Azadlıq? qəzetinə şikayətlərində o da özünü önə verib. Bu isə onun 1993-cü ildən üzvü olduğu fəal YAP-çı statusuna ciddi təsir edib: ?Nəcəf Abıyevin ?Azadlıq?da dərc olunan bir-iki kəlmə sözü və şəkili rayonun rəhbər vəzifələrini qəzəbləndirdi. Məhz bun görə qatı Əliyevçi olmasına rəğmən, onu partiyadan xaric etdilər. Düzdür, sonradan çoxları kimi ona da ev tikilib verildi. Lakin dolanışığı hədsiz pisləşdi. Hara müraciət etdisə, ona iş vermədilər. Son aylar ümidləri lap tükənmişdi. Şübhə yox ki, maliyyə şöbəsinin rəisi Rəhim Əliyevin qəbuluna da işlə bağlı gedib. Yəqin o, orada üzləşdiyi haqsızlıqlarla bağlı rəislə söhbətində əsəblərini cilovlaya bilməyib və infarkt keçirib?. Hadisəyə rəsmi münasibət öyrənə bilmədik. Onu da qeyd edək ki, rayonda mərhumun maliyyə şöbəsinin rəisinin xidməti otağında dünyasını dəyişməsi ilə başqa səbəblərdən də danışılır. Lakin rəsmi münasibət öyrənə bilmədiyimizdən mövzunu açıq saxlayırıq. Xəbərlə bağlı gəlişmələri mia.az-dan izləyin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA