Bakıda keçiriləcək neft qaz media konfransına kimlər gələcək?

img

14-09-2012 [04:53]


#601;himoğlu: ?Bu mötəbər tədbirə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri, müxtəlif ölkələrin neft-qaz üzrə mütəxəssisləri, alimləri gəlirlər?[/b] Xəbər verildiyi kimi, bu il 17-19 sentyabrda Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə ?Neft, Qaz və Media? konfransı keçiriləcək. Konfransda Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən 200-dən çox media nümayəndəsinin qatılacağı gözlənilir. Bir müddət əvvəl konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia2012.com saytı da fəaliyyətə başlayıb. Artıq dünyanın 27 ölkəsinin neft mütəxəsisləri, alimləri və media nümayəndələri konfransda iştirakını təsdiq edib. Onların sırasında ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Bolqarıstan, Xorvatiya, Macarıstan, Türkiyə, Rusiya, Gürcüstan, Nigeriya, Cənubi Afrika kimi ölkələr də var. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, bu mötəbər tədbirə dünyanın çox nüfuzlu media qurumlarının nümayəndələri, müxtəlif ölkələrin neft-qaz üzrə mütəxəssisləri, alimləri gəlirlər. Dünyanın ən nüfuzlu ali elm ocaqlarının - Kolumbiya, Corc Vaşinqton, Texas universitetlərinin neft-qaz üzrə çox məşhur professorları, aparıcı ekspertləri öz məruzələri ilə konfransa qatılacaqlar. ?Reuters?, ?Financial Times?, ?Əl-Cəzirə?, ?Forbes?, ?The Dallas Morning News? kimi dünyanın aparıcı media qurumlarının çox nüfuzlu nümayədnələri də konfransın işində yaxından iştirak edəcəklərini təsdqiləyiblər. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilat və səfirliklərdən - BMT agentlikləri, Avropa Birliyi, ATƏT rəsmiləri, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İsveçrə, Rumıniya, Norveç, Yaponiya, Koreya, Litva, Bolqarıstan, Misir, Fələstin, Qatar, İraq, Gürcüstan və dirgər səfirliklər də tədbirə qatılacaqlarını bildirblər. U.Rəhimoğlu xatırlatdı ki, konfransın məqsədi azad mediada neft və qazın rolunu müəyyənləşdirməkdən, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsindən, enerji istehsalçı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarətdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) konfransa təşkilati, ?Azeri Press? (APA) və ?Trend? informasiya agentlikləri isə informasiya dəstəyi verir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA