Bakı metrosu payız qrafikinə keçir

img

14-09-2012 [01:25]


Yeni tədris ilinin başlaması ilə Bakı Metropolitenində qatarların payız qrafiki üzrə hərəkətinin təşkil edilməsinə başlanılacaq. Bununla əlaqədar sentyabrın 17-dən qatarlar arasında intervallarda bəzi dəyişikliklər ediləcək. Bu barədə Bakı Metropolitenin mətbuat xidmətindən məlumat verilib. Yeni qrafikə əsasən, ?Həzi Aslanov? stansiyasından ?28 May? stansiyasına qədər və əks istiqamətdə, qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə qədər azaldılacaq. Buna uyğun olaraq, ?28 May? stansiyasından ?İçərişəhər? və ?Dərnəgül? stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 4 dəqiqə təşkil edəcək. Qeyd edək ki, yay dövründə qatarların hərəkət intervalı 2,5 dəqiqəyə bərabər idi. Günün digər vaxtlarında qatarlar ?Həzi Aslanov? stansiyasından ?28 May? stansiyasına qədər və əks istiqamətdə, sərnişin sıxlığından asılı olaraq, 2,5-3 dəqiqə intervalla hərəkət edəcəklər. Həmin vaxtlarda ?İçərişəhər? və ?Dərnəgül? stansiyaları istiqamətində və əksinə hərəkət edən qatarlar arasında interval, iki dəqiqə artıq, yəni 5-6 dəqiqəyə bərabər olacaq. ?Həzi Aslanov? stansiyasından hərəkət edən qatarlarda interval müddəti yalnız ?Bakmil-N.Nərimanov? yol mənzili istiqamətində qatarların hərəkəti zamanı daha çox olur. Bu, həmin qatarların metropoliten xətlərinin vahid hərəkət cədvəlinə uyğun olaraq tətbiq edilir. Yeni qrafik gələn ilin iyul ayına qədər etibarlı olacaq. Sərnişinlərin marağını nəzərə alaraq, ?Nərimanov? stansiyasından ?Bakmil? stansiyasına və əks istiqamətdə, yeni qrafik üzrə qatarların hərəkət cədvəli sentyabrın 17-də metro.gov.az saytının xüsusi banner-bölməsində dərc olunacaq. Sərnişinlər hər hansısa stansiyadan qatarların ?Bakmil? stansiyası istiqamətində hərəkət vaxtını müəyyənləşdirmək üçün metro.gov.az-da xüsusi banner-bölmədə yerləşdirilmiş interaktiv xəritədən istifadə etməklə müəyyən edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA