ASALA-dan Azərbaycana növbəti təhdid

img

13-09-2012 [02:59]


ASALA Azərbaycanın diplomatik missiyalarına növbəti təhdid məktub göndərib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. "Nor-Asala" ("Yeni Asala") Azərbaycanın diplomatik missiyalarının nümayəndələri və türk diplomatların ünvanlarına hədələyici məktubu Azərbaycanın bir neçə səfirliyinə göndərib. Türk dilində yazılan 6 səhifəlik məktubda guya, İranın dəstəyi ilə Livanda təşkilatın yaradılması barədə məlumat verilir. Qeyd edək ki, ASALA bir müddət əvvəl Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanın Macarıstandakı səfirliyinə də təhdid məktubu gönədmişdi və səfirliyin bəzi əməkdaşlarının adlarını çəkərək onların öldürüləcəyini bildirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA