Bakıda deputatlığa keçmiz namizəd həbs edildi

img

13-09-2012 [11:59]


Bakıda deputatlığa keçmiş namizəd həbs edildi. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, bu, 33 yaşlı Kürdəmir sakini Rəşad Muradəliyevdir. O, Yasamal Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları onu sentyabrın 12-də həbs ediblər. Qeyd edək ki, R.Muradəliyev Tiflis şəhəri meriyasının Azərbaycanda daimi nümayəndəliyində ?İberiya-press? agentliyinin icraçı direktorudur. O, 2010-cu ildə 57 saylı Kürdəmir seçki dairəsindən deputatlğa namizəd olub. Xatırladaq ki, R.Muradəliyev 2010-cu il də də Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Milli.Az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA