Bakı metrosunun bağlı stansiyaları açıldı

img

10-09-2012 [11:39]


Bakı Metropoliteninin "20 Yanvar"-"Dərnəgül" sahəsi açılıb. Metropolitenin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2012-ci il sentyabrın 6-sı saat 22:00-da Bakı Metropoliteninin müvəqqəti bağlanmış "20 Yanvar"-"Dərnəgül" sahəsinin fəaliyyəti sentyabrın 10-u saat 06:00-da yenidən bərpa olunub. Stansiyalar adi iş rejimində fəaliyyət göstərir, "Həzi Aslanov"-"Dərnəgül" istiqamətində və əksinə olmaqla, qatarların hərəkəti təmin edilərək sərnişinlərin gündəlik hərəkət qrafiki ilə daşınmasına başlanılıb. Məlumat üçün bildirək ki, Bənövşəyi xəttin tunellərinin "Memar Əcəmi-2" stansiyasından keçən hissəsinin uzunluğu 40 metrə bərabərdir. Bənövşəyi xəttin "Avtovağzal" stansiyasından "Memar Əcəmi-2" stansiyasına qədər uzunluğu 2 min metr olan tunellərin inşası başa çatdırılıb və ikinci tunelqazma kompleksi də Ceyhun Səlimov küçəsində yerləşən "B-3" stansiyasına istiqamət alıb. Həmin tunelin uzunluğu 1300 metrdir. Bakı Metropoliteninin rəhbərliyi yaranmış vəziyyəti anlaşıqla qarşıladığı üçün sərnişinlərə təşəkkürünü bildirib.#351;a

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA