Misir Mərdanov: "Bu adam ləyaqətlə xidmət edirsə, onu saxlamaq lazımdır"

img

10-09-2012 [11:09]


2011-2012-ci il tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, qanunvericilik bu məsələdə yaşı 65-dən çox olan müəllimlərin 2 faizinin əmək fəaliyyətini davam etdirməsinə icazə verir. Misir Mərdanov bu qərarın çox humanist addım olduğunu da deyib: ?Bizim əsas məqsədimiz yaşı 65-ə çatanları işdən azad etmək deyil, onların arasından işə və Azərbaycan təhsilinə məsuliyyətlə və ləyaqətlə yanaşanları seçib işdə saxlamaqdır. Hesab edirəm ki, hər bir şəxsi işdən azad etməzdən əvvəl bir az düşünmək və dayanmaq lazımdır. Əgər bu adam hazırda Azərbaycan millətinə ləyaqətlə xidmət edirsə, onu saxlamaq lazımdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA