Məhkəmə istefada olan zabitlərə ?yox? dedi

img

09-09-2012 [06:25]


?Ehtiyatda və İstefada olan Zabitlər? İctimai Birliyinin piket keçirmək istəyinə Bakı Şəhər İcra Hakimiyyətinin icazə verməməsi tərəflər arasındakı mübahisənin məhkəməyə daşınmasına yol açıb. Lakin məhkəmə instansiyaları da şəhər icra hakimiyyətinin xeyrinə qərarlar çıxarıb. Bu barədə mia.az daxil olan məlumata görə, ?Ehtiyatda və İstefada olan Zabitlər? İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyətinə qarşı ?Piketin keçirilməsinin qadağan edilməsi barədə qərarın qanunsuz hesab edilməsi? tələbinə dair iddia qaldırsa da, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmə bu iddianı təmin etməyib. Birlik rəhbərliyi də bu qərardan şikayət verib: ?Verilmiş şikayətinə sentyabrın 6-da Bakı Apellyasiya Məhkəməsində hakim Elşanə Vəliyevanın sədrliyi ilə baxılıb. Hakim Elşanə Vəliyeva birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlamaqla, ?Ehtiyatda və İstefada olan Zabitlər? İctimai Birliyinin Bakı Şəhər İcra Hakimiyyətindən piket üçün icazə istəyinə ?yox? demiş olub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA