Jurnalistin məhkəməsi bazlayır

img

09-09-2012 [06:13]


Sentyabrın 12-də jurnalist Emin Bədəlovun Azərbaycan Dövlət Neft Akademiyasına (ADNA) qarşı şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsində prosesə start veriləcək. Mia.az ?Reytinq?ə istinadən xəbər verir ki, jurnalist bir neçə il əvvəl ADNA-dan qanunsuz xaric edildiyini əsas gətirib, akademiyaya bərpa olunmaq üçün məhkəməyə müraciət edib. Onun iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində məhkəmə keçirilsə də, birinci instansiya məhkəməsi jurnalistin ADNA rəhbərliyi tərəfindən barəsində tərtib edilən protokolun qanunsuz hesab olunması və tələbələr sırasına bərpa edilmə vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbindən bəhs olunan ərizəsi təmin olunmayıb: ?Jurnalist birinci məhkəmə instansiyasının bu qətnaməsindən apellyasiya şikayəti verib. Artıq Bakı Apellyasiya Məhkəməsində onun şikayəti icraata qəbul olunub və hakim Hilal Xəlilov tərəfindən araşdırılır?. Əldə etdiyimiz xəbərdə bildirilir ki, jurnalistin şikayəti üzrə sentyabrın 12-də saat 11.20-də proses başlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA