Ramil Usubova yeni vəzifə

img

08-09-2012 [09:49]


Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubob MDB-ə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının sədri təyin edilib. Bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib ki, 2012-ci il sentyabrın 7-8-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna respublikalarının və Rusiya Federasiyasının daxili işlər nazirliklərinin nümayəndələri, habelə MDB-nin İcraiyyə Komitəsinin sədri - İcraçı katib S.N.Lebedev, MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktoru N.A.Ovçinnikov, MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin rəhbərinin birinci müavini M.M.Orazaliyev, MDB-nin İcraiyyə Komitəsi nəzdində Daxili İşlər Nazirləri Şurasının nümayəndəsi V.F.Yeryonkin və Beynəlxalq Kriminal Polis Təşkilatı -İnterpolun Baş katibi Ronald Noubl iştirak ediblər. İlk öncə Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadə tədbir iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edib. MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasının daxili işlər naziri cənab Ramil Usubov Şuranın sədri vəzifəsinə təyin olunub. Daha sonra MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası tərəfindən bir sıra mühüm məsələlər müzakirə edilib. MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər nazirliklərinin nümayəndə heyətlərinin başçılarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib. Prezident qonaqlara respublikada ictimaiyyətin həyatının müxtəlif sahələrində baş verən dəyişikliklər və nailiyyətlər barədə məlumat verib. O, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının fəaliyyətini yüksək dəyərləndirib. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası dostluq şəraitində, qarşılıqlı anlaşma, etimad və konstruktiv əməkdaşlıq ruhunda keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA