Sabahdan hava pisləzəcək, leysan olacaq

img

08-09-2012 [09:47]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 26-29 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında sentyabrın 9-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı ehtimalı var, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA