Kəmaləddin Heydərovdan Avropa Məhkəməsinə zikayət

img

27-08-2012 [04:30]


2010-cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının təsirinə məruz qalmış, mülkiyyət hüquqları bu günə qədər bərpa olunmamış sakinlərin məhkəmə çəkişməsi davam edir. Hələ 2 il bundan öncə 2010- cu ilin oktyabr ayından məhkəmələrə müraciət edən 100- dən çox insanın iddiasına baxılması prosesi məhkəmələrin süründürməçilik ucbatından yekunlaşmayıb. ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən iddia sənədləri hazırlanıb məhkəmələrə təqdim olunan 128 nəfərin iddiasına öncə 1 saylı İnzibatı İqtisad Məhkəməsində baxılıb. Bu barədə MİA-ya ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, məhkəmə baxışı zamanı 30 nəfər sakinin iddiası həllini tapıb. 2 nəfər iddiasını geri götürüb: ?Hazırda 96 nəfərin iddiası ilə bağlı 1 saylı İnzibatı İqtisad Məhkəməsi hakimiyyətin siyasi qərarı ilə işlərə baxılmasını 2010- ci ilin aprel ayından başlayaraq Şirvan İnzibatı İqtisad Məhkəməsinə göndərib. Sonuncu instansiya isə sənədləri Şirvan Apelliyasiya Məhkəməsinə göndərərək işə baxmaqdan imtina edirdi. Nəhayət ki, Şirvan İnzibatı İqtisad Məhkəməsi iddia sənədlərini məhkəmə baxışına qəbul edib və Kür daşqınları ilə bağlı ilk məhkəmə iclasını sentyabr ayının 3- ə təyin edib. Hakim Elxan Əmirəliyevin sədrliyi ilə keçirləcək ilk məhkəmə prosesində İmişli rayon sakinləri Elman Şahbazov, Əsəd Xəlilov və başqalarının Fövqəladə Hallar Nazirliyi və İmişli rayon İcra Hakimiyyətinə qarşı dəyən ziyanın ödənilməsi tələbinə dair iddialarına baxılacaq. Kür Araz daşqınları ilə bağlı məhkəmələrdə davam edən süründürməçiliklərlə yanaşı artıq bəzi iddialara baxılması prosesi yuxarı instansiyalara qədər gedib çıxıb və Ali Məhkəmə səviyyəsində baxılıb. Hətta daşqınlar zamanı təsərrüfatına ciddi ziyan dəymiş və dəyən ziyana uyğun dövlətin ayırdığı kompensasiyadan məhrum edilmiş Saatlı rayonundan bir nəfər fermerin şikayəti bir neçə gün öncə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Təsirə məruz qalmış fermer də hökümət komissiyasının və FHN- nin ona qarşı tutduğu ədalətsiz mövqedən narazılıq edir. Hazırda Sabirabad rayonundan daha bir neçə nəfərin də iddia sənədləri Avropa Məhkəməsinə hazırlanır?. Xatırladaq ki, Kür daşqınlarının təsirinə məruz qalan və məhkəməyə müraciət edən yerli sakinlərin hüquqları ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur. 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 460 milyon manatdan artıq vəsait ayrılıb. Ayrılan vəsaitlərin xərclənməsində yol verilən ayrı- seçkilik və korrupsiya hallarını ifşa etdiyinə görə ?Kür? Cəmiyyətinin fəalları təqiblərə və həbslərə məruz qalıblar. Son 5 ayda ?Kür? Cəmiyyətinin 3 fəalı həbs olunub. Cəmiyyətin koordinatoru Oqtay Gülalıyev həbsdən şərti azad olunsa da haqqında açıq cinayyət işi var və ev dustağıdır. Digər fəallar İlham Əmiraslanov və Mirabad Rzayev isə hələ də qanunsuz olaraq həbsdədirlər. Bütün bunlara baxmayaraq ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı öz fəaliyyətini davam etdirir və daşqınların təsirinə məruz qalan, hüquqları tapdanmış vətəndaşların hüquqlarını müdafiə edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA