Eynulla Fətullayevin ailəsi dağıldı

img

27-08-2012 [02:18]


Keçmiş jurnalist, həbsxanadan çıxdıqdan sonra özünü hüquq müdafiəçisi kimi təqdim etməyə çalışan Eynulla Fətullayevin ailəsində ciddi problemlər yaşanmaqdadır. Fətullayevlərin yaxınlarının Publika.Az-a verdiyi məlumata görə, ötən ilin sentyabr ayında ?Monte Kristo? şadlıq sarayında toy edib, ailə quran E.Fətullayev artıq həyat yoldaşından boşanıb. Daha dəqiqi, ixtisasca həkim olan həyat yoldaşı onu tərk edib. Mənbə bunu münasibətlərin az müddət ərzində həddən ziyadə kəskinləşməsi ilə izah edir. Qeyd edək ki, bu, E.Fətullayevin ikinci evliliyi idi. Birinci dəfə o, hakimiyyətdə yüksək vəzifə tutan keçmiş məmurlardan birinin qeyri-rəsmi həyat yoldaşı ilə ailə qurmuşdu... 1976-cı ildə Bakıda anadan olan E.Fətullayev 2005-ci ildə ?Realnı Azerbaydjan? və ?Gündəlik Azərbaycan? qəzetlərini təsis edib. O, 2007-ci ildən 2011-ci il mayın 26-dək həbsdə olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA