Yol polisi sürücülərə xəbərdarlıq etdi

img

25-08-2012 [01:33]


Bakıda yük avtomobillərinin hərəkətinə yenidən məhdudiyyət qoyulub. MİA-nın Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yollarda aparılan təmir-tikinti işlərilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bununla əlaqədar şəhərin mərkəzi küçələrində nəqliyyatın sıxlığı yaranıb. Küçə və yollarında nəqliyyat sıxlığının və tıxacların aradan qaldırılması məqsədilə yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulub. Belə ki, Bakıda saat 08:00-dan 21:00-dək yük avtomobillərinin hərəkəti qadağan olunub. Buna görə də şəhərdə fəaliyyət göstərən iş adamlarından xahiş olunur ki, yük və iri qabaritli avtomobillərin iş qrafikində dəyişiklik etməklə paytaxtda yük daşınmasını saat 21:00-dan 08:00-dək həyata keçirsinlər. Bu qadağanı pozan müəssisələr, idarə və təşkilatlar inzibati qaydada cəzalandırılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA