Milli QHT Forumunun təzkilatçılığı ilə seminar kecirilib

img

25-08-2012 [01:12]


Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə ?Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası? layihəsi çərçivəsində növbəti seminar 24 avqust 2012-ci il tarixində Mingəçevir şəhərində Yeni Azərbaycan Partiyasının binasında keçirilib. Layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlarını təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Tədbirdə Mingəçevir ŞİH-in, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mingəçevir şəhər şöbəsinin direktoru, MQF Mingəçevir RQRTM-in direktoru Füzuli Əsədov, KİV təmsilçiləri, habelə əlillər və onların ailə üzvləri iştirak etmişlər. Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin birinci müavini İlham İsmayılov açaraq tədbir iştirakçılarını salamlayaraq Milli QHT Forumunun həyata keçirdiyi ?Əlillərin və sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası? layihəsinin mahiyyəti, iştirakçılar üçün əhəmiyyətindən danışdı. Sonra Milli QHT Forumunun prezidenti Rauf Zeyni təqdimat ilə çıxış edərək layihənin əhəmiyyətindən danışdı. R.Zeyni bildirdi ki, layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində əlilliyi olan insanların sosial, hüquqi, psixoloji, mənəvi, təhsil və fiziki hüquqlarının qorunması məsələlərinə daha həssas yanaşılacaqdır. Əlillərə qayğı göstərməyin vacibliyini vurğulayan R.Zeyni vətəndaşlarımızı bu məsələyə məsuliyyətlə və həssaslıqla yanaşmağa çağırmışdır. Tədbir müzakirələrlə davam etmişdir. Xüsusilə əlillər tərəfindən verilən suallar onları qane edici tərzdə cavablandırılmış, tədbir iştirakçıları tərəfindən irəli sürülən təkliflərin aidiyyatı orqanlar üzrə müraciət olunması iştirakçıların nəzərinə çatdırılmışdır. Bundan əlavə, R.Zeyni iştirakçılar tərəfindən mövcud problem və təkliflərin paket şəklində hazırlanaraq Mingəçevir RQRTM tərəfindən Milli QHT Forumuna çatdırılması təklifi ilə də çıxış etmişdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA