Misir Mərdanov müəllimlərlə bağlı yeni əmr verdi

img

24-08-2012 [02:42]


Təhsil naziri Misir Mərdanov təhsil işçilərinin 2012-ci il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Nazirlikdən verilən məlumata görə, əmrin verilməsində məqsəd 2012-2013-cü dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və mövcud problemlərin həllinə yönəlmiş təkliflər hazırlamaqdır. Nazirin əmrinə əsasən, 2012-ci il 3-13 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları keçiriləcək. Bu konfranslarda bir sıra məsələlər, o cümlədən buraxılış imtahanlarının, ali və orta-ixtisas məktəblərinə qəbulun nəticələri, bu sahədə məktəblərin göstəricilərinin təhlili və qiymətləndirilməsi, vəzifə funksiyalarını tələb edilən səviyyədə yerinə yetirməyən müəllim və məktəb rəhbərləri, onların zəif fəaliyyətini əks etdirən göstəricilərin təhlili nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA