Misir Mərdanov Özbəkistanın Azərbaycandakı səfiri ilə görüzüb

img

24-08-2012 [02:15]


Təhsil naziri Misir Mərdanov Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ilə görüşüb. Təhsil Nazirlyinin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Nazir mövcud əlaqələrin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb. Özbəkistanın qarşılıqlı münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyən səfir ölkəsinin Azərbaycana hərtərəfli əlaqələr qurmağa xüsusi önəm verdiyini, iki ölkəarasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib. Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA