Heydər Əliyev Mərkəzində bərpa baza çatıb

img

24-08-2012 [02:08]


Bakıda Heydər Əliyev Mərkəzində baş verən böyük yanğının nəticələri tam aradan qaldırılıb. İyul ayının 20-də qeydə alınan yanğın zamanı mərkəzin dam örtüyünün müəyyən hissəsi tam yararsız hala düşmüşdü. Hazırda Mərkəzdə aparılan təmir-bərpa işlər demək olar ki, başa çatıb. Əraziyə baş çəkən əməkdaşımızın sözlərinə görə, binanın dam örtüyünün yanan hissələri dəyişdirilib. Heydər Əliyev Mərkəzinin daxilində isə tamamlanma işlərinin davam etdirildiyi bildirilib. Qeyd edək ki, Heydər Əliyev Mərkəzində iyul ayının 20-də güclü yanğın baş vermişdi. Hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılmış, üç nəfər Türkiyə vətəndaşı saxlanılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA