Deputat baz nazirə müraciət edəcək

img

22-08-2012 [05:58]


29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradov rayonun Arif İsmayılov küçəsində yaşayan sakinlərlə görüşüb. Deputatın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, sakinlərin şikayəti əsasında baş tutan görüşdə millət vəkilinə bildirilib ki, adıçəkilən ünvandakı evlər qəzalı vəziyyətdədir. Millət vəkili vəziyyətlə yerində tanış olub. Həqiqətən də burda evlərin qəzalı vəziyyətdə olduğunun şahidi olub. Bundan sonra millət vəkili Fuad Muradov sakinlərin problemi ilə bağlı baş nazirə müraciət edəcəyini bildirib. Görüş zamanı Fuad Muradov sakinləri narahat edən digər məsələlərlə tanış olub, müvafiq müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA