Saakazvili erməni olması ilə bağlı sualdan yayınıb

img

22-08-2012 [12:58]


Gürcüstan prezidenti Mixail Saakaşvili Gürcüstanın "Pik" teleşirkətinə müsahibə verib. Rusiya ilə müharibə, Putinlə münasibətlər, NATO-ya daxil olmaq perspektivləri və ölkədə islahatlarla bağlı mövzulardan sonra jurnalist prezidentə şəxsi sual verib: "Siz ermənisiniz?". Saakaşvili bu suala birbaşa cavab verməyib. "Mən həmişə demişəm, əgər siz azərbaycanlıları sevmirsinizsə, onda mən azərbaycanlıyam, yox əgər erməniləri sevmirsinizsə, onda da mən erməniyəm. Yəhudiləri sevamirsinizsə, onda mən hamıdan çox yəhudiyəm. İstənilən halda isə mən ən qatı gürcü vətənpərvəri kimi qalacam. Əgər etnik patriotizmdən danışılırsa, mən Qurucu Davidi misal göstərirəm. O, bütün dinlər arasında bərabərliyi təmin edib, məsciddən çıxaraq sinaqoqa gedirdi, sonra kilsəyə baş çəkirdi, daha sonra başqa kilsəyə gedirdi", - deyən Saakaşvili əlavə edib ki, onun ailə üzvləri Gürcüstanın müxtəlif guşələrindəndir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA