Ali məktəbə qəbul olan abituriyentlərin adları açıqlandı

img

17-08-2012 [10:33]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçiminin nəticələrini açıqlayıb. Ali məktəblərə qəbul olan abituriyentlərin adları TQDK-nın internet saytında (http://www.tqdk.gov.az/Ali2012BM/) yerləşdirilib. Abituriyentlər 7727 nömrəsinə SMS göndərməklə də nəticələri öyrənə bilirlər. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında müsabiqə şərtini ödəyən abituriyentlərdən 35 min 893 nəfəri ixtisas seçimi edib. 2 mindən çox abituriyent isə ali məktəbə daxil olmaq şansını itirib. Onlar ixtisas seçimi etməyiblər. Ümumilikdə ixtisas seçimi etmək hüququ qazanmış abituriyentlərin sayı 38 minə yaxın olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA