Qarabağ qazilərinin kompüter kursu baza çatıb

img

17-08-2012 [02:36]


Azərbaycan Respublikası QHT-lər Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Qarabağ qaziləri? İctimai Birliyi (QQİB) tərəfindən həyata keçirilən ?Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə və onların ailə üzvlərinə kompüter kursunun təşkili? layihəsi çərçivəsində keçirilən kompüter kursu başa çatıb. Bu barədə sözü gedən layihənin rəhbəri, ?Qarabağ qaziləri? İctimai Birliyinin sədr müavini Firudin Məmmədov məlumat verib. Onun sözlərinə görə, ümumilikdə 4 ay olan layihə çərçivəsində 3 ay kompüter kursu keçirilib. Layihənin məqsəd və vəzifələrindən danışarkən F.Məmmədov bunları bildirib: ?Bizim həyata keçirdiyimiz layihənin məqsədi Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərinin həyat şəraitini yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə dəstək olmaqdır. Bu məqsədlə də biz sözügedən təbəqənin nümayəndələri üçün kompüter kursunun tədrisini həyata keçirdik. Bununla bağlı əvvəlcə kompüter kurslarına ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin, veteranlarının, şəhid ailələrinin və onların ailə üzvlərindən 18 nəfərin müəyyənləşdirdik. Layihədə 15 nəfər nəzərdə tutulduğundan əlavə 3 nəfərə ?Qarabağ qaziləri? birliyinin daxili imkanları hesabına təlim keçirildi. Onlar üçün peşəkar kompüter müəllim tərəfindən kompüter kursunun təşkilini reallaşdırdıq?. F.Məmmədov bildirdi ki, layihə çərçivəsində ?Kompüter bilikləri? adlı kitabça da hazırlanıb. Təlim kurslarını uğurla başa vuran müdavimlər sertifikatlar veriləcək və gələcəkdə onların işlə təmin olunmasında birlik yardımçı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA