Bu il pezə məktəblərinə 20 min 380 zagird qəbul ediləcək

img

16-08-2012 [05:58]


-cü tədris ili üçün ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbuluna başlanılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu avqustun 15-dən 31-dək, şagirdlərin seçim prosesi isə sentyabrın 1-dən 10-dək davam edəcək. Növbəti tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələri üzrə şagird qəbulu planı ümumilikdə 20380 nəfər, o cümlədən, dövlət vəsaiti hesabına 17660 nəfər, ödənişli əsaslarla 2720 nəfər olacaq. Buraxılış planının isə 13238 nəfər, o cümlədən ödənişli əsaslarla 1950 nəfər olacağı proqnozlaşdırılır. Onu da qeyd edək ki, Ağdam, Qubadlı, Zəngilan rayonlarının və Şuşa şəhərinin fəaliyyəti müvəqqəti dayandırılmış peşə məktəblərinə (24, 126, 144, 72, nömrəli texniki peşə məktəbləri) şagird qəbulu məsələsinə həmin məktəblərin fəaliyyəti tam bərpa olunduqdan sonra baxılması qərara alınıb. [b]Səmra Sədrəddinli[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA