Razi Nurullayevin də QHT-si qeydiyyatdan keçdi

img

15-08-2012 [04:54]


?REGİON? Beynəlxalq Analitik Mərkəz (RBAM) Ədliyyə Nazirliyində qeydə alınıb. Mərkəzin rəhbəri Razi Nurullayevdir. R.Nurullayev 1999-cu ildən fəal QHT-çi kimi tanınır. O, artıq bir neçə QHT-yə rəhbərliyi həyata keçirib. 2009-cu ildə isə ?REGİON? Beynəlxalq Analitik Mərkəzi təsis edib. RBAM Azərbaycanda və regionda beyin mərkəzi kiimi fəaliyyət göstərəcək. Əsas fəaliyyəti Ermənistanın Azərbaycana təcavüzünün, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, Cənubi Qafqaz da daxil olmaqla, köhnə post-sovet məkanı üzrə geosiyasi təhlillərin aparılması mövcud münaqişələrin həlli istiqamətində tövsiyyələrin, ölkənin Avropaya inteqrasiyası yönümündə siyasət sənədlərinin hazırlanması olacaq. Bununla yanaşı, RBAM həm də iqlim dəyişikliyinin siyasətə təsiri üzrə araşdırmalar aparmaq, incəsənət və mədəniyyət, sosial media elementlərininin inkişaf etməkdə olan ölkələrə təsirini öyrənmək ictimai müzakirələr, konfranslar, seminarlar təşkil etmək niyyətindədir. #601;d

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA