24 yazlı qız özünü 9-cu mərtəbədən atdı

img

15-08-2012 [12:34]


Ötən gün Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Bakı şəhər Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Elşən Süleymanov küçəsi 137, mənzil 53 ünvanında yaşayan və orada qeydiyyatda olan 1988-ci il təvəllüdlü Kifayət Kərəm qızı Cəbrayılova özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb. Hazırda onun özünə qəsd etməsinin səbəbləri araşdırılır. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA