Paytaxtın kanalizasiya sistemi yenilənir

img

14-08-2012 [05:55]


?Azərsu? Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi boyunca yağış sularının axıdılması üçün yeni kollektor tikilir. Yeni kollektor ?+ 160 Qərb? su anbarının yaxınlığından başlayaraq A. Abbasov və Ş. Mehdiyev küçələrinin kəsişməsinə qədər çəkiləcək və burada 700 mm diametrli mövcud yağış kollektoruna birləşdiriləcək. Bununla da həmin ərazidəki yağış sularının kanalizasiya sularına qarışmadan birbaşa Xəzər dənizinə axıdılması mümkün olacaq. Ümumi uzunluğu 1300 metr olan kollektor 200 və 500 mm diametrli polietilen borularla çəkilir. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır. Tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edilib ki, intensiv yağıntılar zamanı A.Abbasov küçəsində yağış sularının axıdılmasında problemlər yaranırdı. Yeni kollektor istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA